Gəncədə arvadı ilə mübahisə zamanı uşağına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Keçirlən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlıya xəsarət yetirməkdə şübhəli bilinən onun atası, İlham İsrafilov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 12 yaşlı qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.
Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.