Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələlər nəticəsində İşikava prefekturasında azı 4 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin ölü vəziyyətdə tapıldığı bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.