İsrail hərbçiləri Qəzza zolağında 9 aylıq hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının hərbi rəhbərliyinin yarısını zərərsizləşdiriblər.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti (IDF) məlumat yayıb.
Ordunun kəşfiyyat məlumatlarında HƏMAS-ın hərbi qanadının 14 liderinin adları və fotoşəkilləri əks edilib ki, onlardan 7-i artıq öldürülüb.
Siyahıda hərəkatın hərbi təşkilatının rəhbəri Məhəmməd əd-Deyfin sağ olduğu bildirilir.
Bundan əvvəl iyulun 14-də ordunun mətbuat xidməti əməliyyat nəticəsində HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının rəhbəri Rafiya Salamunun məhv edildiyini açıqlayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.