03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Keçmiş Sovet ölkəsində hicaba QADAĞA QOYULDU

20 iyn 2024 20:00
GÜNDƏM
ads

Tacikistan Prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "Asia-Plus" məlumat yayıb .

Rəhmon Tacikistan parlamentinin qəbul etdiyi bayram və mərasimlərin tənzimlənməsi haqqında qanunu imzalayıb. Qeyd edildiyi kimi, qanunun məqsədi Tacikistan cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.

Yeni qanun hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutur.

Qeyd olunub ki, qanun ictimai yerlərdə “qeyri-ənənəvi” geyim geyinməyə görə cərimələr ilə bağlı xəbərlər fonunda qəbul edilib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistan parlamenti üzü örtən paltarların geyinilməsini qadağan edən qanun layihəsinə düzəlişlər qəbul edib .


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur