29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Papadan Bakıya qarşı təxribat planına dəstək istədilər

14 iyn 2024 12:00
GÜNDƏM
ads

Erməni katolikos I Aram Vatikanda Papa Fransisk ilə görüşüb.

Publika.az
xəbər verir ki, erməni katolikos Papadan Azərbaycana qarşı təxribat planında iştirak etməyi xahiş edib.

I Aram bildirib ki, Qarabağdan çıxan ermənilər geri qayıtmalıdır. O, Papanın bu məsələdə ermənilərə kömək etməsini istəyib. Aram qeyd edib ki, ermənilərin qayıtması üçün beynəlxalq zəmanət formalaşdırılmalıdır.

Ermənilərin istədiyi “beynəlxalq zəmanət” məsələsi Qarabağda “erməni subyektinin” yaradılması planının tərkib hissəsidir. Azərbaycan Qarabağda yaşamaq istəyən ermənilərə vətəndaşlıq verməyə hazırdır, ermənilər isə prosesə üçüncü qüvvələri qoşmaqla Qarabağda “öz müqəddəratını təyin etmə” məsələsinə nail olmaq istəyirlər. Bu planın praktiki olaraq baş tutması mümkün deyil, lakin erməni din xadimlərinin bu məsələni daim gündəmdə saxlaması təhlükəli tendensiyadır. I Aramın Papadan etdiyi xahiş də, əslində Azərbaycana qarşı təxribat planının Vatikan tərəfindən dəstəklənməsi istəyidir.

I Aram Papadan Bakıda həbsdə olan separatçıların azad edilməsinə də kömək etməsini istəyib.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur