Niderland çempionatında uğurlu mövsüm keçirərək Avropa Konfrans Liqasına vəsiqə qazanan “Qo Ehed İgls”ın sevinci uzun çəkməyib.
QUTB.AZ xəbər verir ki, bu günlərdə adıçəkilən klubda matəm elan olunub. “Qartallar”in sahibi, 51 yaşlı Kis Vyerhuten çərşənbə günü axşam dünyasını dəyişib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, onun ölümünə səbəb qəfil ürək tutması olub:
51 yaşlı funksioner 2022-ci ildə “Qo Ehed İgls”a rəhbərlik edirdi. Ölümündən az əvvəl o, klubun stadionunun genişləndirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.
Vyerhuten Niderlandın 500 ən zəngin adamından biri idi və 12 fərqli şirkətə sahib idi. Onun sərvəti təxminən 285 milyon avro qiymətləndirilirdi.