Lüksemburq təmsilçisi Ni Xialian Parisdə keçirilən Yay Olimpiya Oyunlarında unikal rekorda imza atıb.
Publika.az xəbər verir ki, 61 yaşlı idmançı Olimpiadada qələbə qazanan ən yaşlı stolüstü tennisçi olub. Ni 1/32 finalda 31 yaşlı türkiyəli Sibel Altınkayanı 4-2 (12:10, 11:3, 11:7, 9:11, 10:12, 11:6) hesabı ilə məğlub edib.
Qeyd edək ki, o, növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə qarşılaşacaq.
Heybət