Cənubi Koreya Pyonyanqın dəniz sərhədi yaxınlığında hərbi təlim keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, açıqlamaya əsasən Şimali Koreya ordusu iki ölkə arasındakı bufer zonanın yaxınlığında yerləşən Yeonpyeong adasının şimalına 90-dan çox artilleriya atəşi açıb.
Digər tərəfdən Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib ki, ordu əslində artilleriyadan atəş açmayıb, onlar silah səsini təqlid edən partlayıcılardan istifadə ediblər:
“Cənubi Koreya qüvvələrinin reaksiyasını saxta atışlarla izləmək istəyiblər. Cənubi Koreyada partlayış səsinin silah səsi olduğunu düşünüblər və bunu təxribat hesab ediblər. Hətta güllələrin dəniz bufer zonasına düşdüyü barədə yalan bəyanat da veriblər”.
Roza