İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis ətrafına endirdiyi aviazərbələr nəticəsində ölən fələstinlilərin sayı 70-ə çatıb, 200-dən çox yaralı var.
Publika.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin "Telegram" kanalında məlumat yayılıb.
Bildirilib ki, ağır yaralananlar da daxil olmaqla, zərərçəkənlər “Naser” tibb kompleksinə aparılıb.