ABŞ Demokratik Partiyasının bir neçə əsas donoru ABŞ-ın hazırkı prezidenti Co Bayden ikinci müddət üçün yarışdan çıxana qədər 90 milyon dollara qədər ianəni dondurub.
Publika.az xəbər verir ki, “SpaceX”, “Tesla” və “X” şirkətlərinin sahibi İlon Mask Donald Trampın seçki kampaniyasını təbliğ edən təşkilata əhəmiyyətli ianə vermək qərarına gəlib.
Mask əsas ştatlarda Respublikaçıların qələbə şanslarını artırmaq üçün pərdə arxasında çalışan siyasi dəstək təşkilatlarına pul verib.
Bir çox ekspertlər İlon Maskın bu addımını seçkiqabağı kampaniya üçün dönüş nöqtəsi hesab edirlər. Demokratlar arasında artan daxili böhran fonunda amerikalı milyarderin maliyyə töhfəsi hazırkı prezidentə “ciddi zərbə” ola bilər.
Akqabay