“Liverpul”un yeni baş məşqçisi Arne Slot “Real”ın 19 yaşlı yarımmüdafiəçisi Arda Güləri sərəncamında görmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin sözlərinə görə, türkiyəli futbolçunun Madrid klubunu tərk etmə ehtimalı yüksəkdir. Çünki yeni mövsümdən “Real”a yeni hücumameyilli oyunçular – Kilian Mbappe və Endrik lazım olacaq. Bu səbəbdən Ardanın oynama müddəti xeyli azala bilər.
Xatırladaq ki, Gülər ötən mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 7 qol vurub. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 30 milyon avrodur.
Heybət