Rusiya Təhsil və Elm Nazirliyinin Kənd Təsərrüfatı Elmləri Sahəsində Təşkilatların Fəaliyyətinin Əlaqələndirilməsi Departamentinin direktor müavini Dmitri Juravlev rüşvətxorluq ittihamı ilə həbs edilib.
QÜTB.AZ TASS-a istinadən xəbər verir ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Juravlevu 15 ilə qədər həbs gözləyir.
Bildirilir ki, Təhsil və Elm Nazirliyinin departament rəhbərinin müavini günahını etiraf edib. Nazirlik də həbs faktını təsdiqləyib və əlavə edib ki, istintaqa köməklik göstəriləcək.
İlkin versiyaya görə, rüşvəti Juravlevə “KM-Finance” MMC-nin icraçı direktoru Aleksandr Evdokimenko verib. O da günahını etiraf edib. Bu səbəbdən də külli miqdarda rüşvət verməkdə ittiham olunur və onu da 15 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, avqustda onların həbs müddəti noyabrın 4-dək uzadılıb. Eyni zamanda müdafiə tərəfi ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsində israr edib.