02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Dağıstan yenə HƏDƏFDƏ: terror hazırlayan 3 nəfər həbs edildi

04 iyl 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Respublika Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamaeva məlumat verib.

O, bildirib ki, məhkəmə onların iki ay müddətinə həbs edilməsinə qərar verib.

"1980, 1990 və 1995-ci il təvəllüdlü kişilər həbs edilib. Onlar Dağıstan ərazisində partlayış və digər terror aksiyaları həyata keçirmək üçün mütəşəkkil dəstə yaratmaqda ittiham olunurlar.

Mahaçqalanın Sovetski Rayon Məhkəməsi istintaq orqanlarının vəsatətlərinə baxaraq, Maqomed Maqomedov, Xalid Maqomedov və Zaur Maqomedovu iki ay müddətinə həbs etmək qərarına gəlib", - mətbuat xidmətinin rəhbəri bildirib.

İstintaq müəyyən edib ki, həbs edilənlər silah alıb Serqokala və Mahaçqala kəndlərindəki evlərində saxlayıblar. Həmçinin onlar terror aktında istifadə etməyi planlaşdırdıqları əldəqayırma partlayıcı qurğu hazırlayıblar.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur