E-ticarət saytı "eBay" şirkəti tənqid etdikləri üçün təqiblərə məruz qalan bloqqerlərə 3 milyon dollar ödəməyə razılaşıb.
Publika.az BBC-ə istinadən xəbər verir ki, eBay-ın Təhlükəsizlik üzrə keçmiş direktoru Jim Baugh bloqqer cütlük İna və David Steineri hədəf alıb. Səbəb isə cütlüyün şirkət rəhbərlərinin razı qalmadığı "EcommerceBytes" xəbər bülleteni dərc etmələridir.
Məhkəmə sənədlərində "eBay" rəhbərlərinin bülletendə şirkəti tənqid edən cütlüyə canlı hörümçəklər və tarakanlar göndərildiyi göstərilir.
Cütlüyün avtomobilinə GPS izləmə cihazı yerləşdirmək kimi başqa təcavüzlər də edən Baugh və digər işçilər hadisə baş verdikdən qısa müddət sonra "eBay" tərəfindən işdən çıxarılıb.
Hadisədə əli olan Philip Cooke 2021-ci ildə 18 ay, Baugh isə təxminən 5 il həbs cəzasına məhkum edilib.
Roza Şəfiyeva