NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansına qarşı istənilən hücuma vahid və güclü cavab vəd edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb .
"NATO-ya qarşı istənilən hücum vahid və güclü cavabla qarşılanacaq", - o qeud edib.
Stoltenberq ABŞ-ın keçmiş prezidenti Donald Trampın daha əvvəl açıqladığı bəyanata da cavab verib. O bildirib ki , Vaşinqtonun avropalı müttəfiqləri müdafiə xərclərini artırmaqdan imtina etdiyi üçün Rusiyanı NATO ilə hipotetik hesablaşmaya həvəsləndirəcək.
Avropa Şurasının rəhbəri Şarl Mişel də Stoltenberqə oxşar mövqe tutub. O, Aİ-ni müdafiə sahəsinə sərmayə qoymağa çağırıb və həmçinin cəmiyyətin strateji müdafiəsini inkişaf etdirməyin zəruriliyinə diqqət çəkib.
Hüseyn İbadlı