Argentina millisinin qapıçısı Emiliano Martines qəribə hərəkəti ilə gündəm olub.
Publika.az xəbər verir ki, Martines Amerika Kubokunun yarımfinalında Kanada ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında millinin kapitanı Lionel Messinin boynundan öpüb.
Argentina ardıcıl ikinci dəfə Amerika kubokunun finalına yüksəlib. 2021-ci ildə argentinalılar həlledici görüşdə Braziliya millisini məğlub edərək (1:0) kuboku qazandılar.
Argentinanın finaldakı rəqibi Uruqvay – Kolumbiya matçının qalibi olacaq.