Yunan müğənni Despina Vandinin Çeşmədə verəcəyi konsertin səhnədəki Türkiyə bayrağının və Atatürkün posterinin endirilməsini tələb etdiyi üçün ləğv edildiyi iddia edilib.
Publika.az xəbər verir ki, Türkiyə Təhsil Vəqfi İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında xeyriyyə konserti təşkil olunub.
Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi gözləməyə baxmayaraq səhnəyə çıxmayıb. Bir müddət sonra Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar sənətçinin gözlənilməz səbəblərdən son anda konsertə qatıla bilməyəcəyini bildirib. Həmçinin biletlərin istəyənlərə geri qaytarıla biləcəyini qeyd edib.
"Çünki o, Türkiyə bayrağının, Atatürkün posterinin enməsini istəyirdi. Gözəl nəfəsinizi ona görə yormayın, dəymir. Bu torpaqlar üçün çox şəhid verdik. Və biz qardaşlığın və əbədi dostluğun həmişə qalib gələcəyinə inanan insanlarıq”, - açıqlamada bildirilib.
Roza Şəfiyeva