Əfsanəvi futbolçu Tyerri Anrinin həyat yoldaşı, bosniyalı model Andrea Rajaçiç hər kəsi heyran edib.
QÜTB.AZ xəbər verir ki, cütlük Fransanın “GQ” nəşrinin “İlin adamı” mükafatlandırma mərasiminə qatılıb.
Anri tədbirin fəxri qonağı olub, futbolçu karyerası ilə bağlı çıxış hazırlayıb.
Bununla belə, gecənin əsas ulduzu fransalının həyat yoldaşı, heyrətamiz görünən 38 yaşlı model olub.
Cütlük 2009-cu ildən, Tyerri “Barselona”da oynadığı vaxtdan birlikdədir. Onların iki övladı var – Stella və Qabriel.
Bu, Anrinin ikinci evliliyidir – onun ilk həyat yoldaşı model Nikol Meridir. Onunla nikahdan da bir qızı və oğlu var.