“Moskva İrəvanın anti-Rusiya addımlarının heç birini cavabsız qoymamaq qərarına gəlib. Səfir Sergey Kopırkinin geri çağırılması da bu cavablardan biridir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası Rusiyanın diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, Moskva-İrəvan münasibətləri artıq geridönməz mərhələyə qədəm qoyub: “Rusiya ikitərəfli münasibətlərdə bu diplomatik vasitədən nadir hallarda istifadə edir, bu da körpülərin yandırılması zamanı baş verir”.
Rusiyalı politoloq Fyodor Lukyanov da bildirib ki, son iki ildə Rusiya Ermənistanla son dərəcə təmkinlə davrandı, münasibətləri gərginləşdirməməyə, hər bəyanata cavab verməməyə çalışdı: “Hesab edirəm ki, bu taktika artıq tükənib. Moskva Rusiya-Ermənistan münasibətlərinə aydınlıq gətirmək istəyir”.
Asif