Azərbaycanda bazarlara çıxarılan heyvanlarla bağlı YENİLİK- XÜSUSİ SİSTEMLƏ İZLƏNƏCƏK
Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Qutb.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Şadlıq sarayında aralarında yaranan mübahisə zəminində Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu tanışı tərəfindən bıçaqlanıb.
T. İsrafilov Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Əməliyyatdan sonra vəziyyəti ağırlaşan T. İsrafilovu xilas etmək mümkün olmayıb.
Bıçaqlama hadisəsini törədən Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Xəqani Möhübbət oğlu polis tərəfindən saxlanılıb.
Faktla bağı araşdırma aparılır.