İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real”ın onun üçün son iş yeri olacağını açıqlayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis 2023-cü il dekabrın 29-da Madrid klubu ilə yeni müqavilə imzalayıb. Anlaşmanın müddəti 2026-cı il iyunun 30-na qədərdir.
“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real”a rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.