Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, qaçış yarışlarının rekordçusu Nikolay Pavlov dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Sabiq idmançı 69 yaşında vəfat edib.
Qeyd edək ki, Nikolay Pavlov 1972-ci ildə gənclər arasında 3 min metr məsafəyə qaçışda 9 dəqiqə 23 saniyə nəticə ilə rekordçu olub.