“Çelsi”nin baş məşqçisi Mauritsio Poçettino yaxın vaxtlarda vəzifəsini itirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Bildirilir ki, London təmsilçisinin rəhbərliyi komandanın cari mövsümdəki nəticələrindən son dərəcədə narazıdır. Vəziyyətdən çıxış yolunu argentinalı mütəxəssisin istefasında görür.
Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 31 xalla 11-ci pillədə qərarlaşıb.
Heybət