“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda “Jirona”ya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, bu matçın nəticəsinin çempionluğun taleyinə təsir etməyəcəyini bildirib:
“Necə bitməsindən asılı olmayaraq, La Liqa çempionunun müəyyənləşəcəyini düşünmürəm. Hər iki komandanın çoxlu xalı var və nə qədər tez 80 xal toplasaq, bir o qədər tez qalib gəlirik. 80 xal çempionluğun qarantiyası deyil, amma tezliklə ona yaxınlaşsanız, istəyinizə nail olacaqsınız. Kim qalib gəlsə, üstünlüyü olacaq Amma çempionat çox uzun marafondur”.
Qeyd edək ki, “Real” – “Jirona” matçı fevralın 10-da saat 21:30-da keçiriləcək.