01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İsrail ordusu Qəzzada yeni əməliyyata başladı

18 mar 2024 07:00
GÜNDƏM
ads
Advertisement

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanası yaxınlığındakı ərazini "təmizləmək" üçün növbəti birləşmiş hərbi əməliyyata başlayıb.

Publik.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb.

İsrail əməliyyatı Fələstinin HƏMAS qruplaşmasının yüksək rütbəli üzvlərinin olması ilə bağlı əldə etdikləri kəşfiyyat məlumatlarına əsasən başladıb.

“İsrail Müdafiə Qüvvələri və Hərbi Kəşfiyyatının İnformasiya Təhlükəsizliyi Xidməti Əl-Şifa xəstəxanasında terrorçuların fəaliyyətinin qarşısını almaq üçün əməliyyatlar aparır. Əməliyyat zamanı terrorçular xəstəxananın içindən hərbçilərə atəş açıb. Qoşunlar hadisə yerindən atəşlə cavab verib və zərbələr qeydə alınıb. Qoşunlarımız xəstəxananın ərazisində əməliyyatlarını davam etdirir”, - məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat keçirmək planını təsdiqləyib. O, ölkənin geri çəkilmək fikrində olmadığını və Rəfahda quru əməliyyatı keçirməyi planlaşdırdığını da bildirib. Netanyahu əlavə edib ki, HƏMAS israilliləri girov saxladığı üçün Ramazan ayında atəşkəs olmayacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur