29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Keniyanın Baş prokuroru Ağdam şəhərinə səfər etdi

22 fev 2024 13:00
GÜNDƏM
ads

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluqdan Publika.az-a bildirilib ki, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Onlar Birinci Qarabağ Müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Qonaqlar Azərbaycanda Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.

Keniya nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur