Beynəlxalq Maliyyə İnstitutunun (IIF) araşdırmasına görə, qlobal borc 2023-cü ildə yeni rekord həddə - 313 trilyon dollara çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” araşdırma məlumatlarına istinadən məlumat yayıb.
Təxminən on il əvvəl bu rəqəm 210 trilyon dollar idi. Borc artımının təxminən 55%-i ABŞ, Fransa və Almaniya kimi inkişaf etmiş ölkələrin payına düşür. Qlobal borcun qlobal ÜDM-ə nisbəti 330%-ə düşüb.
Bu göstəricinin azalması inkişaf etmiş ölkələrdə "xüsusilə nəzərəçarpan" olsa da, bəzi inkişaf etməkdə olan bazarlarda borc yükü yeni yüksək həddə çatıb.
Borcda ən böyük artım Hindistan, Argentina, Çin, Rusiya, Malayziya və Cənubi Afrikada müşahidə olunub ki, bu da borcun ödənilməsi ilə bağlı potensial problemlərin olduğunu göstərir.
Cəmilə