İngiltərə Premyer Liqasının – 2023/24 mövsümünün ən yaxşı qolu bəlli olub.
Publika.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaçonun “Everton”a vurduğu qol ən yaxşı seçilib.
Ötən ilin noyabrında 19 yaşlı argentinalı Premyer Liqanın 13-cü turunda keçirilən oyunun 3-cü dəqiqəsində “qayçı zərbəsi” ilə fərqlənmişdi.
Qarnaçonun qolu azarkeşlərin və ekspertlərin əksəriyyətinin səsini toplayıb.