4 kənd nəzarətə götürüldü: növbəti mərhələdə hansı ərazilər azad ediləcək?
"Neftçi" ulduz futbolçu Vensan Abubakarı transfer edib. Kamerun milli komandasının hücumçusu artıq "Neftçi" ailəsinin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Qutb.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, sonuncu klubu "Hatayspor" olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanının liqalarında da çıxış edib. O, "Portu" ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), "Beşiktaş"la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib və 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.