Şimali Koreyadan buraxılan zibil balonu Seulun mərkəzində, Koreya Respublikası Prezidentinin administrasiyasının yerləşdiyi kompleksin ərazisinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
“Yonqsan bölgəsindəki hökumət kompleksinin ərazisində dağılmış dağıntılar aşkar edilib”, - məlumatda deyilir.
Nəşr qeyd edib ki, balonun içindəkilər arasında zəhərli maddələr aşkar edilməyib.
Hüseyn İbadlı