"Türkiyə hələlik bu barədə rəsmi məlumatı olmasa da, Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir".
QÜTB.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid hökumətində xarici işlər naziri Əsəd Həsən əl-Şibaninin başçılıq etdiyi yeni administrasiyanın nümayəndə heyəti ilə Ankarada danışıqların yekununda deyib.
“Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi mesajlar alacağımızı gözləyirik, Türkiyə olaraq bu istiqamətdə atılan hər hansı addımı dəstəkləyirik. Bu, regional sabitliyin təmin olunması üçün vacibdir”, - deyə türkiyəli nazir bildirib.