"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç 2 illik fasilədən sonra futbola qayıda bilər.
Publika.az xəbər verir ki, dünya şöhrətli biznesmen yenidən futbol klubu ala bilər. Bu barədə İspaniyanın nüfuzlu AS nəşri məlumat yayıb.
Abramoviç "Valensiya"nı almaqda maraqlıdır. İspaniya komandasının azarkeşləri bu xəbəri müsbət qarşılayıb. Onlar ümid edirlər ki, mümkün sahib dəyişikliyi ilə klubun mövqeyi xeyli yaxşılaşacaq.
Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni satın olub. 2022-ci ildə rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalardan sonra iş adamı ingilis klubunu satmaq məcburiyyətində qalıb. Abramoviçin dövründə "Çelsi" 19 ildə 5 dəfə İngiltərə çempionu olub, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu qazanıb, 2 dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub, 1 dəfə isə UEFA Superkuboku, 1 dəfə Klublararası Dünya Çempionatına sahib çıxıb.
Qeyd edək ki, İspaniyanın köklü klublarından olan "Valensiya" La Liqanda 27 turdan sonra 40 xalla səkkizincidir.
Heybət