12.03.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

5 ölkə İŞİD-ə qarşı birləşdi - Türkiyə də var

09 mar 2025 22:00
DÜNYA
ads
Advertisement

Türkiyə, İordaniya, İraq, Livan və Suriya rəsmiləri İordaniyanın paytaxtı Əmmanda bir araya gəlib.

Qutb.az xəbər verir ki, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşün sonunda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan İŞİD-ə qarşı ortaq əməliyyat və kəşfiyyat mexanizmi yaradılması barədə razılığa gəldiklərini açıqlayıb.

Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edib. Digər iştirakçılar arasında İordaniya, İraq, Livan və Suriya dövlətlərinin xarici işlər və müdafiə nazirləri, eləcə də baş qərargah rəisləri və kəşfiyyat rəhbərləri olub.

Fidan görüşün nəticələrini tarixi hadisə kimi dəyərləndirərək bildirib ki, regional problemlərin həlli üçün regional addımlar atılmalıdır. O, beynəlxalq müdaxilələrin qarşısını almaq üçün bölgə ölkələrinin birgə səylərinin vacibliyini vurğulayıb.

Nazir həmçinin İŞİD-in bir neçə ölkədə aktiv olduğunu qeyd edib, region dövlətlərinin bir araya gələrək ortaq platforma yaratmasının zəruri olduğunu bildirib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur