105 yaşlı Virciniya Hislop tərk etmək məcburiyyətində qaldığı ABŞ-ın Stenford Universitetini 83 il sonra bitirə bilib.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.
Bildirilir ki, Hislop 1936-cı ildə həmin universitetdə təhsil almağa başlayıb. 1940-cı ildə müəllim kimi bakalavr dərəcəsini aldıqdan sonra magistraturaya qəbul olub.
O, təhsilini İkinci Dünya Müharibəsinə görə yarımçıq qoymaq məcburiyyətində qalıb.
Roza Şəfiyeva