Qərb ölkələrində keçirilən qapalı rəy sorğularının nəticələri göstərir ki , onların vətəndaşları Ukrayna böhranından təngə gəlib və Rusiya üzərində qələbəyə inanmırlar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin "RİA Novosti"yə müsahibəsində danışıb.
“Az adam Rusiyanın məğlub olacağına inanır və çox az adam Zelenskinin komandasına sadəcə olaraq böyük maliyyə yardımı göstərməyin məqsədəuyğun olduğunu görür”, - o qeyd edib.
Narışkinin fikrincə, "Qərb ölkələrinin əhalisinin buna görə niyə əziyyət çəkməli olduğunu heç kim başa düşmür".
Narışkin bəyan edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) əməkdaşları Rusiyadan kənarda virtual “Rusiya Respublikası” yaradırlar. O, həmçinin Amerika kəşfiyyat orqanlarını guya legitim qərbyönlü Rusiya dövlətçiliyi üçün layihə hazırlamaqda da ittiham edib.
Cəmilə