31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür etdi

02 okt 2024 08:01
GÜNDƏM
ads

Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana təşəkkür edib.

QÜTB.AZ xəbər verir ki, o, bununla bağlı “X”dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.

Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.

“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.

Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.

Dünənki andiçmə mərasimi Meksikanın ResQutb.az Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.

Agradezco también a las y los representantes de 105 naciones que nos acompañaron en el inicio del segundo piso de la Transformación, nuestra política exterior seguirá los principios constitucionales de la libre autodeterminación de los pueblos, la no intervención, la solución… pic.twitter.com/vZOXd3t9VK

— Claudia Sheinbaum Pardo (@Claudiashein) October 1, 2024
Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur