"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur".
Publika.az Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində bildirib.
“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, - Ermənistan lideri bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan öz ərazisindən kənarda heç bir iddia ilə çıxış etmir:
“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.