31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Bir qadının övladları varsa, o əsla intihar düşünməli deyil"-Gülnar Orucova

22 may 2024 12:28
GÜNDƏM
Özəl xəbər
ads

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. 


"Qutb.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. 


Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. 


"Ana öz övladlarını zəhərləyirsə, bu o anlama gəlmir ki, həmin ana övladlarını sevmir. Əlbəttə, övladlarını çox sevir. Lakin çıxılmaz vəziyyətdə qalır". Bu sözləri "qutb.az"-a baş vermiş hadisə ilə bağlı açıqlamasında psixoloq Gülnar Orucova qeyd edib.


Psixoloq bu hadisənin yanlış olduğunu, lakin həmin qadını bu vəziyyətə gətirən səbəblərini olduğunu qeyd edir. 


"Hər qadının ən böyük arzusu ana olmaqdır. Bu bir missiyadır. Müəyyən zaman çərçivəsi olur ki, həmin zamanda insanın psixoji vəziyyəti gərginləşir, pozulur, aqressivləşir, həyata ümidi itir. Böyük ehtimal ki, ana öz övladlarının bundan sonra tək qalmasını istəmədiyi üçün bu addımı atıb. Bu addımın doğru olduğunu söyləmirəm. Əlbəttə, səhv addımdır, yanlış düşüncədir. Hər bir halda ana varsa, övladlar onun yanında olmalıdır. Əgər bir ananın da övladı varsa, o heç zaman canına qəsd etməli deyil. Bəzən ananı buna məcbur edən səbəblər, çətin həyat tərzi, yola gedə bilmədiyi ailə olur". 


Psixoloq əlavə edir:

"Həmçinin, buraya maddi durumun azlığı, hər hansı bir şantaja məruz qalaraq psixoloji durumunun pozulması kimi səbəblər daxildir. Hər bir halda ana və onun övladları psixoloji dəstək almalıdır. Dövlətdə kifayət qədər müəssisələr var ki, bunu ödənişsiz təşkil edir. "Mən dəstək almıram, çünki buna maddi imkanım əl vermir" kimi fikirləri eşidirik. Halbuki, bunun üçün dövlət kifayət qədər imkanlar yaradıb".

Teglər
Müəllif : Çinarə Muradova
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur