Bu gecə ABŞ-da keçirilən Amerika Kubokunun ikinci yarımfinal matçında Kolumbiyanın Uruqvaya minimal hesabla qalib gəlməsi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, bununla "qəhvəçilər"in 23 illik həsrəti başa çatıb. Kolumbiyalılar 2001-ci ildən sonra ilk dəfə finala yüksəlib.
Eyni zamanda, həmin turnir Kolumbiyanın qalib olduğu sonuncu yarışdı. Həmin il baş tutan finalda komanda Meksikaya qalib gələrək (1:0) titulun sahibi olub.
Qeyd edək ki, Nestor Lorensonun yetirmələri iyulun 15-də, saat 04:00-da baş tutacaq həlledici görüşdə Argentina ilə üz-üzə gələcək.
Heybət