18.10.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Qurban Qurbanovdan Yankoviçlə bağlı mühüm AÇIQLAMA

18 okt 2025 00:00
İDMAN
ads

"Yankoviçi daha çox oynatmaq istəyirdim".

 

Qutb.az xəbər verir ki, bunu "Turan Tovuz" - "Qarabağ" oyunundan sonra Qurban Qurbanov zədədən qayıdan Yankoviçin qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağı barədə suala cavabında deyib.

 

O bildirib ki, Yankoviçi 30 dəqiqə oynatmağı nəzərdə tutmuşduq:

 

"Lakin yalnız 15 dəqiqə oynadı. Meydan da sürüşkən idi. Ona görə ehtiyatlandıq. Qarşıda keçirəcəyimiz məşq sessiyalarından sonra onun "Atletik Bilabo" ilə oyunda iştirak edib-etməməsi barədə dəqiq qərar veriləcək".

 

Q.Qurbanov UEFA Çempionlar Liqasının III turunda "Atletiko Bilbao" ilə keçiriləcək oyun barədə də danışıb:

 

"Rəqiblə bir az maraqlanmışam, amma tam analiz etməmişik. "Atletik Bilbao" ən dinamik oyun sərgiləyən komandalarından biridir və bu, statistikada da öz əksini tapır. Çalışacağıq ki, öz oyunumuzu oynayaq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur