03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

BŞTİ-yə yeni müdir təyin olundu

23 fev 2024 08:00
ELM VƏ TƏHSİL
ads

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin olunub.


Qütb.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub.


Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib.


Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.


Çıxış edən Nərminə Hüseynova ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur