15.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan REAKSİYA

15 iyl 2025 02:00
DÜNYA
ads

Ermənistan yalnız öz yurisdiksiyası altında nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edir.

 

Qutb.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

 

"Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil", - deyə Baqdasaryan bildirib. 

 

Xatırladaq ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirmişdi ki, ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur