“Liverpul”un keçmiş ulduzu Devid Ceyms “Çelsi” ilə Premyer Liqanın 8-ci tur matçının fasiləsində 11 yaşlı oğlanın vurduğu iki penaltidən xilas etməklə “Enfild Roud” stadionundakı tamaşaçılarının qəzəbinə səbəb olub.
QÜTB.AZ xəbər verir ki, Premyer Liqanın bir çox stadionları kimi, “Enfild” də fasilədə azarkeşlər üçün yarışlar keçirilir. 90-cı illərdə 7 ilini “Liverpul”da keçirən Ceyms də qapıda dayanmaqla şou proqramda iştirak edib. Ceyms 11 yaşlı uşağa rəqib və onun hər iki penaltisini dəf edərək, gənc fanatı məyus edib.
“Liverpul” azarkeşləri Ceymsi yüksək səslə fitə basılıb. İngiltərə millisinin üzvü daha sonra sosial mediada ikinci seyvini videosunu yayımlayıb.