29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra...”

12 mar 2024 08:00
GÜNDƏM
ads

"Mənim həmişə səsim olub. Gənc olarkən, 24- 25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox basqı etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdan satış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar çəkib tiktoka yerləşdirmişdilər. Video internetə yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət etdilər"

Publika.az xəbər verir ki, bunu Moderator.az-a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurluq qazanan Elnarə Vahidova deyib. O daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib.
"Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım, pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdanda Zaur Baxşəliyevin verilişinə gedim. Çünki məni, bu fəhlə qadını camaata tanıdan Zaur Baxşəliyev olub. Təəssüf ki, əlim çörəyə çatmadı. Bu gün şəhərə gedim, metroya minim, 5 adamdan 3-ü mənimlə şəkil çəkdirmək istəyəcək. Amma deyin görək, mən evdə otursam metroya verəcək pulu tapa bilirəm?! Əlbəttə ki, yox! Yenə də köhnə işimə qayıtdım. Bu günlərdə "Salam mənim cavanlığımın oğrusu" mahnısını ifa etdim. Bu mahnı məni yenidən kütləyə tanıtdı. Fəhlə işləyirəm, qışın soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin, toylara gedim. Bu bəlkə də bir çoxlarının əlində heç nədir, amma dəstək görmürəm. Təkcə Eldar Ələkbərov mənə yaxşılıq etdi. Mənimlə duet oxudu, bir neçə efirdə qonaq olduq. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O qədər köməyə ehtiyacım var ki" deyə Elnarə Vahidova deyib.

Elnarə Vahidova bildirib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin şəxslər ona köməklik etməyib.

"Mənim xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, xalq artisti Canəli Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də görüşmüşəm. Şamaxıdan müğənni Mütəllim də yanında idi. Mütəllim dedi ki, "Elnarə, bu səndən də yaxşı oxuyur, məndən də". Mənə kömək etmək əvəzinə dedi ki, "get 300 manat tap ver bir müəllimə sənə hərfləri öyrətsin". Elnarə deyərdi ki, "gəl 300 manat verib, səni müəllim yanına aparacam". Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul istədim, vermədi. Halbuki 500 manat düzətmişdim, 150 manat çatmırdı. Bu gün Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb. Biri qabağa durub, deməyib ki, bu xanıma müəllim tutaq. Həmin sənətçilərə görə Şamaxılı olmaqdan doydum!" deyə müsahibimiz bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur