04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

İranla Ermənistanın “nəhəng” layihəsi: 90 km yol çəkmək üçün...

06 mar 2024 07:00
GÜNDƏM
ads

Ermənistanda Şimal-Cənub magistralının İranla sərhədə gedən 90 kilometrlik hissəsinin tikinti layihəsi hazırdır.

Publika.az xəbər verir ki, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən “Sputnik Ermənistan”a verilən yazılı sorğuya cavab olaraq bildiriblər ki, bir yerdə tikinti işlərinə başlanılıb, digər ikisində isə dövlət maliyyələşdirmə ilə bağlı danışıqlar aparır.

32 kilometrlik Aqarak-Kacaran yolunda (İran sərhədindən) işlərə başlanılıb. Tikinti 2028-ci ilə qədər başa çatdırıla bilər. Podratçılar, iki İran şirkəti – “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” tikintidən əvvəl hazırlıq işləri aparır. Layihəyə 17 körpünün, 2 tunelin (ümumi uzunluğu 900 m) və 5 nəqliyyat qovşağının tikintisi daxildir.

60 kilometrlik Sisian-Kacaran magistralına və Kacaran tunelinə) gəlincə, onlar üçün layihələr hazırdır və indi Ermənistan hakimiyyəti maliyyə vəsaiti axtarır.

Sisian-Kacaran Şimal-Cənub magistral yolu layihəsinin ən çətin hissəsi hesab olunur. Buraya 27 körpü (ümumi uzunluğu 4,7 km) və 9 tunel (ümumi uzunluğu 12,5 km) daxildir.

Ermənistan hökumətinin hazırda Şimal-Cənub layihəsinin vaxtı və yekun dəyəri ilə bağlı heç bir anlayışı yoxdur.

Xatırladaq ki, “Şimal-Cənub” müstəqil Ermənistanın tarixində ən böyük layihələrdən biri hesab olunur. Bu yol İrandan Gürcüstan sərhədinə qədər olan məsafəni 550-dən 460 km-ə qədər azaltmalı, təkcə Ermənistanın deyil, İranın, Hindistanın da Qara dənizə çıxışını asanlaşdırmalıdır.

Amma İranla Ermənistanın ideyası olan bu “nəhəng layihə”nin cəmisi 90 km-lik yolunu çəkmək üçün pul tapılmır. Nə Ermənistanda, nə də İranda.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur