03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu içki kişilərdə sonsuzluq və impotensiyaya səbəb ola bilər

19 fev 2024 20:00
GÜNDƏM
ads

Cərrah Aleksandr Umnov xəbərdarlıq edib ki, pivə cinsi zəifliyə və sonsuzluğa gətirib çıxarır.

Publika.az xəbər verir ki, həkim içkinin zərərləri barədə NEWS.ru-ya danışıb.

"Pivənin tərkibində ağır metal duzlarının olması səbəbindən kişinin cinsi potensialı və sağlamlığı üçün zərərlidir. Pivənin yaratdığı problemlər dərhal deyil, illər keçdikcə yaranır. Ağır metal duzlarına görə testosteron hormonunun ifrazı azalır. Testosteron kişilərin sağlamlığından məsuldur, kişilərdə sperma, qadınlarda isə yumurta istehsalına təsir göstərir. Kişilər pivə içdikdə qadın cinsi hormonları - estrogenlər daha aktiv şəkildə istehsal olunur. Bu, həm də süd vəziləri ilə bağlı problemlərə səbəb olur", - cərrah vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, pivə qadınların sağlamlığına da mənfi təsir göstərə bilər. Xüsusilə tez-tez pivə içən qadınlarda hormonal disbalans, artıq çəki və ginekoloji problemlər meydana gəlir.

"Pivənin müntəzəm və uzun müddətli içilməsi səbəbindən qadınlarda menstrual tsikl pozula bilər" , - Umnov yekunda əlavə edib.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur