Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev yanvarın 23-də Ermənistana səfər edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kulubayev sosial şəbəkədə özü məlumat verib.
“ER XİN rəhbəri Ararat Mirzoyanla görüş Xarici İşlər Nazirliyində baş tutacaq, bundan sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər”, - o, “Facebook” səhifəsində yazıb.
Ermənistan və Qırğızıstan xarici işlər nazirlərinin təkbətək söhbəti geniş tərkibdə görüşlə davam edəcək, daha sonra sənədlərin imzalanması baş tutacaq.
Tural