29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Saçınızın gözəlliyini qorumaq üçün bu qidaları istehlak edin

20 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Diyetoloq Marina Şaxova saçınızın gözəlliyini qorumaq üçün qida rasionunuza vitamin və minerallarla zəngin qidalar daxil etməyi məsləhət görüb.

Publika.az xəbər verir ki, mütəxəssis bu barədə "İzvestiya" qəzetinə danışıb.

O, izah edib ki, söhbət B qrupunun vitaminləri, E vitamini, yağ turşuları, Omeqa-3, sink və dəmirdən gedir. Tərəvəz və meyvələr, süd məhsulları, yumurta, balıq, paxlalılar, qoz-fındıq və toxumlar, yaşıl tərəvəzlər də saç vəziyyətinə faydalı təsir göstərir.

Şaxova qeyd edib ki, zülal, sink, dəmir və Omeqa-3 ilə zəngin qidalar saç tökülməsinin qarşısını almağa kömək edir.

Diyetoloq onu da vurğulayıb ki, protein saç quruluşunun əsasını təşkil edir, ona görə də ət, balıq, yumurta, qoz-fındıq və paxlalılar kimi qidaları istehlak etmək vacibdir. Ət, yaşıl tərəvəzlər və zənginləşdirilmiş taxıllarda dəmir daha zəngindir. Sink saçların böyüməsini və bərpasını təşviq edir və daha çox dəniz məhsullarında, toxumda, qoz-fındıq və taxılda olur.

Mütəxəssis saçın vəziyyətini yaxşılaşdırmaq və saç tökülməsinin qarşısını almaq üçün şəkərlə zəngin qidalardan, yağlı və yarımfabrikat məhsullardan uzaq durmağı məsləhət görüb.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur