İsveçdə sağlamlıq yoxlaması zamanı hicabını çıxarması tələb edilən müsəlman qadına ayrı-seçkiliyə məruz qaldığı səbəbiylə təzminat ödənilməsinə qərar verilib.
Publika.az xəbər verir ki, İsveç Ayrı-seçkilik Ombudsmanının yazılı açıqlamasına görə, adı açıqlanmayan müsəlman qadın boyun ağrısı şikayəti ilə Uppsaladakı sağlamlıq mərkəzinə müraciət edərkən həkim ondan hicabını çıxarmasını istəyib.
Qadının məruz qaldığı ayrı-seçkilik hadisəsini ombudsmana çatdırdığı bildirilən açıqlamada bu ifadələr yer alıb:
"Biz həkimin dini ayrı-seçkilik etdiyini müəyyən etdik. Çünki, o, qadının çadra ilə bağlı olmayan narahatlığının olmasına baxmayaraq, hicabını çıxarmasını istəyib. Sağlamlıq mərkəzinin bağlı olduğu Uppsala Bələdiyyəsinin qadına 6 min 200 avro təzminat ödəməli olduğuna qərar verdik”.
Uppsala Bələdiyyəsi də qərarla bağlı açıqlama verməyəcəyini açıqlayıb.
Roza Şəfiyeva