Qazaxıstanın Ekibastuz şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.
Bildirilib ki, partlayış nəticəsində 4 çən yanıb. Yanğın ərzaq mağazasına keçib, hazırda qonşu tikililərə keçməsi təhlükəsi var.
Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb olunub.
Partlayış yerinin yaxınlığında 17 yaşlı gəncin meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir.
Milli.Az